• HADİSƏ

    08:31 26 may 2019

Abşeronda orta məktəbdə dava düşüb, şagirdin burnu sınıb

Abşeronda 2 nömrəli tam orta məktəbdə dava düşüb, 9-cu sinif şagirdi xəsarət alıb.

ONA-nın xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

9-cu sinifdə oxuyan 15 yaşlı Həmidzadə Asif Həsib oğlu sinif yoldaşları ilə əlbəyaxa dava edib. Nəticədə o, döyülərək xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Məlum olub ki, A.Həmidzadənin burun sümüyü sınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR