Abşeron rayonunun Mehdiabad qəsəbəsində 2 ha sahədə quru ot yanıb.
APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı yüksək temperaturdan hər biri 200 m² olan 2 ədəd istixananın polietilen üzlüyü 200 m² sahədə əriyib. Yaxınlıqdakı digər istixanalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.