• HADİSƏ

    12:16 1 aprel 2019

Abşeronda piyada ölümü baş verib

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, martın 31-də saat 21 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən “28 May” qəsəbə sakini Abbas Məmmədəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR