• HADİSƏ

    03:19 15 yanvar 2020

Abşeronda piyadanı avtomobil vuraraq ona ağır xəsarət yetirib

Abşeron rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Qobu şossesində baş verib.

1996-ci il təvəllüdlü Ağayev Emin İlham oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı hadisə törədən sürücünün köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR