• HADİSƏ

    04:10 10 mart 2021

Abşeronda qəza zamanı 6 yaşlı Fransa vətəndaşı ölüb

Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.

APA xəbər verir ki, 1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb.

Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyimə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib.

Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR