Abşeron rayonunda bir nəfəri avtomobil vurub, vəziyyəti ağırdır.
APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.
40-45 yaşlı kişini (hələlik ad-soyadı bilinmir) "Mercedes" markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan piyada sərxoş vəziyyətdədir. O, bədəninin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.