Abşeronda tapança ilə qətl törədilib
  • HADİSƏ

  • 01:06 29 Noyabr 2019

Abşeronda tapança ilə qətl törədilib

Abşeron rayonunda gənc oğlan güllələnərək qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Pirəküşkül qəsəbəsində baş verib.

İnsident zamanı 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu ürək nahiyəsinə tapançadan açılan atəş nəticəsində öldürülüb. Rayon Prokurorluğundan qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR