Abşeron rayonu Fatmayı kəndində usta işlədiyi evləri qarət edib.
ONA-nın məlumatına görə, ev sahibi oğurluq edilməsi ilə bağlı polisə müraciət edib.
Abşeron polisinin həyata keçirdiyi araşdırmalar nəticəsində yeni tikilən evdən orada usta işləyən 39 yaşlı Məmməd Əliyevin və onun 36 yaşlı dostu Natiq Şükürovun oğurluq etdiyi müəyyən edilib və dostlar saxlanılıblar.
Məlum olub ki, onlar Abşeron rayonunda 5 mənzildən oğurluq edib, əldə etdiklərini satıblar. İstintaqa ifadələrində onlar törətmiş olduqları cinayəti etiraf ediblər
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanılıb.