• HADİSƏ

    14:09 27 mart 2019

Adil Əliyev Məhərrəm Əliyevin "Diqlas"ın sahiblərindən biri olması barədə xəbərlərə münasibət bildirib

“Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə, ticarətlə bağlı heç bir obyektlə əlaqəsi yoxdur”.

ONA xəbər verir ki, bunu millət vəkili Adil Əliyev bildirib. Millət vəkili hadisədən sonra qardaşı, ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının hallanmasına münasibət bildirb: “26 mart tarixində Bakının Nizami rayonu ərazisində yerləşən “Diqlas” Ticarət Mırkəzində baş verən yanğınla əlaqədar böyük qardaşım Məhərrəm Əliyevin adının hallanmasına görə münasibət bildirmək istəyirəm. Dayımız oğlu Nadir Əzizova gəlincə, onun ticarət mərkəzinin adı “Ramal”dır. Bu ticarət mərkəzi Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas”, istərsə də, “Ramal” özlərinin sağlığına qismət olsun.

Bizim qürurumuz, namusumuz şərəfimizdir. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR