Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzasında həlak olub.
APA-nın xəbərinə görə, universitetin Quba filialının "Təhsildə sosial psixoloji xidmət" ixtisasının 2-ci kurs tələbəsi İsmayılova Şəbnəm Qabil qızı bu gün Bakı-Quba yolunun Siyəzən rayonu hissəsində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.