• HADİSƏ

    04:55 22 aprel 2021

Aeroport şosesində piyadanı avtomobil vurub, yaralı komaya düşüb

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Komsomol dairəsi kimi tanınan ərazidə qeydə alınıb.

20 yaşlı Həsənova Lamiyə Rəfael qızı sürət həddi 110 kilometr olan yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Mercedes" markalı avtomobil vurub. Yaralı komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR