• HADİSƏ

    03:22 2 oktyabr 2019

Aeroport şossesində yüksək sürətlə hərəkət edən avtomobil arakəsməyə çırpılaraq qəza törədib - FOTO - VİDEO - VİDEO

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hava limanı istiqamətində hərəkətdə olan və Gürcüstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

İdarəetmədən çıxan avtomobil bir neçə dövrə vuraraq beton səkiyə də dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Əraziyə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub.

Qeyd edək ki, qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Fakt araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR