• HADİSƏ

    10:41 13 mart 2019

Ağcabədi sakinindən 6 kq narkotik götürülüb

Ağcabədi sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR