• HADİSƏ

    14:11 14 mart 2019

Ağcabədidə baş verən yol qəzasında iki qardaş xəsarət alıb

Ağcabədidə 2 qardaşın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. Vüsal Cəmaləddin oğlu Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı, 04 BJ 615 dövlət nömrə nişanlı avtomobil “VAZ-2107” markalı, 14 BF 209 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü V.Əhmədov və maşında olan sərnişin, qardaşı Orxan Əhmədov ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Habil Aslanoğlu

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR