• HADİSƏ

    11:11 31 may 2019

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxslər saxlanılıb

Ağcabədi rayon sakinlərinin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan ONA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakinləri Asif Sadıqovdan 13 ədəd, Afiz Mirzəyevdən 12 ədəd, Elçin Hacıyevdən 8 ədəd və Xəyal Vəliyevdən 2 ədəd olmaqla, ümumlikdə 35 ədəd narkotik tərkibli çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR