• HADİSƏ

    13:14 23 mart 2019

Ağcabədidə ev oğruları saxlanılıb

Ağcabədi rayonu ərazisində bir neçə evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

ONA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Zamin İbrahimov, Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov saxlanılıb. Araşdırmalarla onların 3 000 manat dəyərində məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər:

SON XƏBƏRLƏR