• HADİSƏ

    21:44 4 mart 2019

Ağcabədidə Jiquli piyadanı vurub öldürüb 

Ağcabədidə piyadanının ölümünə səbəb olan qəza hadisəsi baş verib.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Kimliyi məlum olmayan sürücü VAZ 2106 markalı minik maşını ilə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Əsədova Gülsüm Hüseyin qızını vurub. G. Əsədova hadisə yerində olüb.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR