• HADİSƏ

    13:53 26 mart 2019

Ağcabədidə müəllim qəza törədib, 14 yaşlı yeniyetmə ölüb - FOTO

Bu gün Ağcabədidə 14 yaşlı yeniyetmənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb.

İxtisasca müəllim olan Gündüz Vətən oğlu Əliyev idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili ilə 2005-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu Abbasovu vurub. İ.Abbasov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR