• HADİSƏ

    11:25 2 may 2019

Ağcabədidə qonşunun avtomobilini yandıran şəxs tutulub

Ağcabədidə həmkəndlisinin avtomobilini qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 30-da Kəhrizli kəndi ərazisində R.Məhərrəmovun “Mercedes” markalı avtomobilini qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Kamran Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR