• HADİSƏ

    23:55 1 may 2019

Ağdamda yol qəzasında ikisi uşaq olmaqla üç nəfər ağır yaralanıb - YENİLƏNİB - VİDEO

Ağdam rayonunun Quzanlı qəsəbəsində ağır yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, 10 RP 220 dövlət nömrə nişanlı, “Mercedes”markalı maşın qarşıdan gələn, 99 CT 388 nömrə nişanlı, evakuator xidməti göstərən avtomobillə toqquşub.

“Mercedes” markalı avtomobil zərbənin təsirindən yol kənarında dayanmış, 10 SA 870 dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomobilə çırpılıb.

Nəticədə “Mercedes”in sürücüsü İldırım Qasımov, 10 yaşlı oğlu Elcan Qasımov və qardaşı qızı, 5 yaşlı Ayan Qasımova ağır xəsarətlər alıb.

Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma başlanıb.

Habil

Teqlər:

SON XƏBƏRLƏR