Ağdamda fərdi yaşayış evində yanğın olub, bir ailənin 3 nəfəri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Zərinə, 44 yaş Məmmədova Aygün tüstüdən zəhərlənib.
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zəhərlənən ailə üzvlərini Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.