• HADİSƏ

    19:32 15 mart 2019

Ağdamda maşın hasara çırpılıb, ər-arvad xəsarət alıb

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Quliyev Oktay Əbülfət oğlu idarə etdiyi “VAZ” 2107 markalı, 02 BS 657 dövlət nömrə-nişanlı avtomili daş hasara çırpıb.

Nəticədə sürücüsü və həmin vaxt avtomobildə olan Tamella Quliyeva ağır bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR