• HADİSƏ

    13:20 25 aprel 2019

Ağdamda mənşəyi məlum olmayan 180 kq ət aşkarlanıb

Ağdam rayonunda reyd zamanı avtomobildən istifadəyə yararsız ət aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 23-də Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Ağdam rayonu ərazisində reyd keçirib.

Qaradağlı kəndi ərazisində rayon sakini V.Abdunovun idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı yük yerindən 180 kiloqram çəkidə mənşəyi məlum olmayan iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR