• HADİSƏ

    23:33 2 may 2019

Ağdamda motosikletçi qəza nəticəsində ağır xəsarət alıb

Ağdamda motosiklet minik avtomobilinə çırpılıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Motosikletçi 52 yaşlı Elman Dadaşov idarəetməni itirərək motosikletini yolun kənarında dayanmış "Mercedes" markalı avtomobilə çırpıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan E.Dadaşov əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Habil

Teqlər:

SON XƏBƏRLƏR