Ağdamda piyadanı avtomobil vurub - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 21:23 27 İyul 2019

Ağdamda piyadanı avtomobil vurub - FOTO

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Əhmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Elman Cəfəovu vurub. E.Cəfərov əvvəlcə Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Habil Aslanoğlu

Teqlər: Ağdam qəza piyada

OXŞAR XƏBƏRLƏR