• HADİSƏ

    21:05 1 mart 2019

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Baharlı kəndində qeydə alınıb.

Rayonun Baharlı kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Ədalət Məhiş oğlunu “Priora” markalı minik maşını vurub.

Ə. Cəfərov Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbini araşdırılır.

Teqlər:

SON XƏBƏRLƏR