• HADİSƏ

    00:33 17 sentyabr 2020

Ağdaş sakini döş nahiyəsindən bıçaqlanıb


Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, rayon ərazisində 29 yaşlı gənc mübahisə və münaqişə zəminində bıçaqlanıb.

Rayon sakini 1991-ci il təvəllüdlü Tural İsrafilovun döş nahiyəsinə və qoluna bıçaq zərbələri vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR