• HADİSƏ

    16:43 19 mart 2019

Ağdaş sakini lyuka düşərək boğulub

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

ONA-nın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Türyançay” MMC-yə məxsus fermada qeydə alınıb. Orada işləyən, 1994-cü il təvəllüdlü Həşimov Tural Şavəddin oğlu peyin axıdılması üçün nəzərdə tutulan boruları birləşdirən lyuka düşərək boğulub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR