Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Kimliyi hələ ki tam dəqiqləşdirilməyən və təxminən 20-22 yaşlarında olan qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.