• HADİSƏ

    23:30 9 avqust 2019

Ağdaşda 13 yaşlı qız intihara cəhd edib

Ağdaş rayonunda 13 yaşlı qız intihara cəhd edib.

APA-nın məlumatına görə, rayonun Nəsimi küçəsində yaşayan 2006-cı il təvəllüdlü Yunusova Minəsultan Sadiq qızı yaşadığı evin həyətində özünü asıb. Lakin yaxınları onu dərhal xilas edərək, əvvəlcə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıya çatdırıblar.

Hadisənin başvermə səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR