• HADİSƏ

    11:18 3 may 2019

Ağdaşda 3 yaşlı uşaq su quyusuna düşərək ölüb

Ağdaşda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. 3 yaşlı Leyla Abışova yaşadığı evin həyətindəki su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR