Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, mart ayı ərzində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşlardan müvafiq sənədləri olmayan qanunsuz olaraq saxladıqları 5 ədəd ov silahı aşkar olunub. Belə ki, rayonun Malay kənd sakini Teymur Məhərrəmovdan, Yuxarı Ləki kənd sakini Habil Cəfərovdan və Aşağı Ləki kənd sakini Hikmət Əliyevdən, eləcə də Ucar rayon sakinləri Kamil və Müşviq Əhmədovlardan “TOZ-16” markalı ov silahları aşkar edilərək götürülüb. Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib olunaraq Ağdaş Rayon Məhkəməsinə göndərilib.
Şahnəzər Bəşirov