Ağdaşda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
  • HADİSƏ

  • 22:05 26 Avqust 2020

Ağdaşda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib. Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Teqlər:

OXŞAR XƏBƏRLƏR