• HADİSƏ

    23:10 28 iyul 2020

Ağdaşda "Azərbaycan Dəmir Yolları"na məxsus teplovoz yanıb


Ağdaş rayonunun Yenicə kəndində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus teplovozun mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, teplovozun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR