• HADİSƏ

    18:05 25 may 2019

Ağdaşda kafe və mağaza yanıb

Ağdaş rayonunda kafedə yanğın baş verib.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Kafenin və mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR