• HADİSƏ

    17:27 7 aprel 2019

Ağdaşda məktəb direktorunun qoyunlarını canavar parçalayıb

Ağdaş rayonunda canavarlar xırda buynuzlu heyvanları parçalayıb.

ONA-nın yerli bürosunun xəbərinə görə bu gün rayonun Yenicə kənd orta məktəbinin direktoru Cəmil İbrahimova məxsus qoyunlar örüş sahəsində olarkən qəflətən canavarların hücumuna məruz qalıb.

Yırtıcılar 2 baş qoyunu öldürüb, 3 baş qoyunu yaralayıb. Məlumata görə, iki gün öncə kəndin daha iki sakininə məxsus 7 baş qoyun canavar hücumuna məruz qalaraq tələf olub.

Şahnəzər Bəşirov

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR