• HADİSƏ

    21:07 20 aprel 2019

Ağdaşda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Ağdaşın Ləki qəsəbəsində qeydə alınıb.

"VAZ 2115" markalı minik avtomobili ilə "KaMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Xankişiyev Taleh Dünyamin oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırlaşdığı üçün sonradan müalicə üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR