Ağdaşda avtomobilini işıq dirəyinə vuran sürücü ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 9-da saat 2 radələrində Ağdaş şəhəri ərazisində Gəncə şəhər sakini Kənan Abdullayev idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və nəticədə hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.