• HADİSƏ

    10:44 25 fevral 2019

Ağdaşda yeni doğulmuş körpə ölüb

Ağdaşda yeni doğulmuş körpə ölüb.

Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə Ağdaş rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Güvəkənd kənd sakini, Əfsanə Hacıyeva fevralın 20-də saat 23 radələrində 37 həftəlik hamiləliklə xəstəxananın doğum şöbəsinə daxil olub.

Fevralın 21-də Ə. Hacıyeva oğlan uşağı dünyaya gətirib. Körpə tənəffüs çatışmazlığından küvəzə qoyulub və iki gün sonra orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə edilib, meyitin daxili və xarici müayinəsi həyata keçirilib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR