• HADİSƏ

    16:22 21 may 2024

Ağdərədə mina partlayıb, mülki şəxs həlak olub

Ağdərə rayonunda mina hadisəsi baş verib.

ONA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilib ki, 2024-cü il 21 may tarixində Ağdərə rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

ONA

Teqlər:

SON XƏBƏRLƏR