• HADİSƏ

    23:32 5 sentyabr 2020

Ağstafada baş verən qəzada 2 nəfər xəsarət alıb

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb və hasara çırpılıb. Qəza zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü Hümbətov Novruz Tağı oğlu və 1999-cu il təvəllüdlü Hüseynov Ramin Mehman oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR