Ağstafada baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 23:10 14 Avqust 2019

Ağstafada baş vermiş avtoqəzada sürücü ölüb, sərnişin xəsarət alıb - FOTO

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndinə gedən yolda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 34 yaşlı Zaur Həsənov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə sürücü Z.Həsənov hadisə yerində dünyasını dəyişib. Xəsarət almış sərnişin 34 yaşlı Orxan Qurbanov isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR