• HADİSƏ

    09:49 14 mart 2019

Ağsu sakini bədbəxt hadisə nəticəsində ölüb

Ağsu sakini bədbəxt hadisə nəticəsində ölüb.

ONA-nın yerli bürosunun xəbərinə görə, Ağabəyli kənd sakini, 1990-cı il təvəllüdlü Piriyev Hikmət Rəhim oğlu "KamAZ" markalı yük avtomobilinə yük yığarkən ehtiyatsızlıq edib. Avtomobilin ağır çəkili dəmir bortu onun başına dəyib. Ağır kəllə-beyin travması alaraq çoxlu qan itirən Hikmət Piriyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR