Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb
  • HADİSƏ

  • 23:22 17 Avqust 2019

Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb

 

 

Ağsu rayonunda azyaşlı uşaq yol qəzası zamanı dünyasını dəyişib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin Heydər Əliyev prospektində, şəhər 3 saylı tam orta məktəbin qarşısında qeydə alınıb. 

"NİVA" markalı minik avtomobili qəflətən qaçaraq yola çıxan rayonun Zərqava kənd sakini, 4 yaşlı Məhərrəmova Nəzrin Eldost qızını vurub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. 

Məlumata görə, hadisə zamanı uşağın anası küçənin kənarındakı gözəllik salonunda olub və nəzarətsiz qalan uşaq qəflətən avtomobil yoluna tərəf qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Teqlər:

OXŞAR XƏBƏRLƏR