• HADİSƏ

    22:24 9 mart 2019

Ağsuda avtomobil aşıb, xəsarət alan var

Ağsuda avtomobil aşıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Ülgüc kəndi ərazisində qeydə alınıb. Ağarx kənd sakini Əbil Nuriyev idarə etdiyi "VAZ-2107" markalı, 10 XZ 670 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə xəsarət alan sürücü Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR