• HADİSƏ

    14:55 4 iyun 2019

Ağsuda avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Ağarx kəndində qeydə alınıb.

Həmin kənd sakini, 1974-cü il təvəllüdlü Nağıyev Mahmud Abduləziz oğlunun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Mahmud Nağıyev, sərnişinlər -1964-cü il təvəllüdlü Mirzəliyeva Nailə Həmid qızı və 1976-cı il təvəllüdlü Mərdan Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR