• HADİSƏ

    20:00 25 avqust 2019

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsu rayonunun Kəndaxan kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR