Ağsu rayonunda yeniyetmə özünü zəhərləyib.
ONA-nın yerli bürosunun verdiyi xəbərə görə hadisə rayonun Cəlayır kəndində qeydə alınıb. Kənd orta məktəbinin 10-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Qasımov Murad Xəyyam oğlu ziyanverici həşəratlara qarşı istifadə olunan kimyəvi məhlulu içib. O, Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov