• HADİSƏ

    17:01 1 aprel 2019

Ağsuda torpaq sürüşməsi baş verib

Ağsu rayonunda torpaq sürüşməsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ağsu-Xanbulaq avtomobil yolunda qeydə alınıb.

İntensiv yağan yağışlardan sonra dağlıq ərazidə baş verən torpaq sürüşməsi yolun 30 metr uzunluğu, 8 metr eni olan hissəsinin dağılmasına səbəb olub. Hadisə nəticəsində Xanbulaq kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Əraziyə yol istismar idarəsinin ağır texnikaları cəlb olunub, sürüşmə ərazisində torpaq-bərkitmə işləri görülüb. Hadisədən 6 saat sonra, yəni bu gün saat 16:30 radələrində yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şahnəzər Bəşirov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR