• HADİSƏ

    11:09 16 may 2019

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının cəzası azaldılıb

Dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov barəsində hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, İ. Qasımovun cəzası 12 ildən 5 ilə endirilib.

Qeyd edək ki, İ.Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. Sonradan ona CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ.Qasımova 19,5 milyon dollar verdiyini deyib.

Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə İ. Qasımovun cəzasını 15 ildən 12 ilə endirib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR